ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində İraqda öldürülən iranlı general Qasım Süleymani ilə bağlı Azərbaycan cəmiyyətinin reaksiyası adekvat olmadı. Başqa bir ölkə generalının başqa bir ölkədə öldürülməsi sanki cəmiyyəti 2 yerə böldü. Kimisi onu "şəhid", kimisi də "qatil" adlandırdı. Ancaq təbii ki, bu yanaşmaların heç biri real situasiyaya adekvat deyil.
Birincisi, şəhid öz vətəni, torpağı, dini və namusu uğrunda canını fəda edənlərə deyilir. Süleymani bu kateqoriyaların heç birinə daxil deyil. Eyni zamanda "Süleymani gəbərdildi" ifadəsi də etik deyil. Başqa bir ölkənin güneralı başqa bir dövlətlə münaqişədə qətlə yetirilib. Öldürülməsəydi o öldürəcəkdi. Söhbət siyasi və iqtisadi maraqlar mübarizəsindən gedir. Şiəçiliyə gəldikdə isə, Qarabağda da əsasən şiə əhalisi idi, ancaq İran Azərbaycanın yanında olmadı, əksinə, Erməistana dəstək oldu. Elə bu gün bəzilərinin "şəhid" adlandırdığı general Ermənistanın dostları siyahısında olub (şəkillərə bax). Dövlət maraqları baxımından yanaşdıqda İranı anlamaq olar - bəlli səbəblərdən İrana güclü və müstəqil Azərbaycan lazım deyil. Ona görə də əhalisi əsasən şiələrdən ibarət olan Azərbaycana yox, xristian Ermənistana dəstək verdi - dövlət maraqlarının hətta dini maraqları belə üstələməsi müasir dünyada geniş yayılıb və istənilən qədər misallar gətirmək olar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub