Azərbaycan Prezidenti postpandemiya dövrünün siyasi xəritəsinin ilk çizgisini çəkdi

3950

TÜRK ŞURASI SİYASİ-İQTİSADİ MƏRKƏZƏ ÇEVRİLƏ BİLƏR

Azərbaycan Prezidenti postpandemiya dövrünün siyasi xəritəsinin ilk çizgisini çəkdi
Pandemiya elan olunan dövrdən etibarən - epidemiyanın qloballaşması və dünyəvi mərhələsinin rəsmiləşməsindən sonra dünya yeni psixoloji, iqtisadi və siyasi mərhələyə qədəm qoydu. Beynəlxalq proseslərin idarə olunması ilə məşğul olan mərkəzlər təbii ki, bu prosesin idarə olunması və sonrakı mərhələləri ilə ciddi məşğuldurlar. Əvvəlcədən nəzərdə tutulmuş və sonradan əlavə və dəyişiklərlə müşayiət olunan planların mövcudluğu heç şübhə doğurmur. Dünyəvi proseslər və beynəlxalq iqtisadi-siyasi təlatüm, kataklizm, idarə olunan və təbii proseslərə çevik reaksiya verən və nəzərə alan beynəlxalq birliyin üzvi olan Azərbaycan dövləti də sözsüz ki, nəinki bu proseslərdən kənarda qala bilməz, hətta fəal sürətdə milli maraqların bəşəri maraqlarla uzlaşdırılaraq inkişafında öz rolunu oynamaqdadır. Bəşəriyyəti təhdid edən epidemiya ilə mübarizədə fəal rol oynamaqla regional və qlobal güc, olaraq aktiv siyasi, mənəvi və humanitar rol oynayan Azərbaycan dövləti bu bəşəri problemin həllində ardıcıl, planlı proqram üzrə fəaliyyəti ilə nümünəvi örnək olmaqdadır. Eyni zamanda mərhəmət hissinin, mənəvi dəyərlərin yüksəlməsi, cəmiyyətin birliyinin, əxlaq hissinin hümanizm yüksəlməsi baxımından təkcə ölkə daxilində deyil xarici aləmdə də nümünəvi qururverici nəticələr əldə olunur. Sədrliyi Azərbaycanda olan Türk Şurası Azərbaycan Prezidentin timsalında bu yöndə də dünyada ilk örnək ola biləcək addımını atdı. Türk Şurasının pandemiya dövründə ilk videokonfrans- zirvə görüşü ölkəmizdə başlayan mənəvi birlik, mərhəmət hissinin yüksəlməsi, hümanizm prinsiplərinin, bir-birimizə kömək etməklə insani hisslərin bütün problemləri yenə biləcəyi prosesinin dünyaya açılması, dünyaya yayılması örnəyi oldu. Amma Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının video bağlantı ilə zirvə görüşünün keçirilməsi heç də təkcə mənəvi dəyərlərlə məhdudlaşmır. Postpandemiya dövrünün formalaşdıracağı yeni siyasi-iqtisadi proseslərə Azərbaycanın ilk reaksiyası qabaqlayıcı tədbirlər planı və inkişaf edəcək programın bir hissəsi kimi baxmaq gərəkliyini düşünürük. Çünki yeni siyasi-iqtisadi dövrdə formalaşacaq yeni iqtisadi mühitdə Azərbaycan dövləti geosiyasi, geoiqtisadi mövqeyini möhkəmlətmək və meydana çıxacaq hər hansı yeni prosesdə, yeni güc mərkəzlərinin formalaşmasında öz önəmli yeri və rolunu gücləndirmək üçün fəalliyətini genişləndirir. Bu məsələdə də hər zaman olduğu kimi Prezident İlham Əliyevin çevik, praqmatik və məntiqli, ardıcıl siyasət yürütməsi, təcrübəli, beynəlxalq siyasi prosesləri gözəl bilməsi və real dəyərləndirmək bacarığı və yüksək siyasi intiusiyası kimi bacarıqları ön plana çıxır. Rasim Quliyev, Resurs Analitik İnformasiya Mərkəzinin rəhbəri

Xəbər lenti