USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Daha bir Rusiyalı yəhudi bloger Qarabağa yollanır... Lapşinə dəstək üçün

14:19 19.03.2017
Daha bir Rusiyalı yəhudi bloger Qarabağa yollanır... Lapşinə dəstək üçün
14:19 19.03.2017

 

Erməni mediası bu gün İrəvandan işğal altındakı Azərbaycan torpaqlarına yollanacaq, azı 3 blogerin adını çəkir…
 
Bir sıra rusiyalı blogerlər Dağlıq Qarabağa və işğal altındakı digər Azərbaycan torpaqlarına axışır. Moderator.az bu haqda erməni mediasına istinadla xəbər verir. Xəbərdə rusiyalı blogerlərin guya Azərbaycanın Dağlıq Qarabağa səfər etmiş Rusiya-İsrail blogeri Aleksandr Lapşinin Minskdə həbs edilərək Bakıya təhvil verilməsinə gətirib çıxarmış siyasətinə etiraz əlaməti olaraq  işğal altındakı torpaqlarımıza yollandıqları bildirilir. 
 
 
Martın 18-də səhər  blogerlər Anton Nosik, Anton Merkurov, redaktor Svetlana Bolşakova və adları hələlik çəkilməyən digər bloger və jurnalistlər təyyarə ilə İrəvana gəlib.  Onların bu gün – martın 19-da  Ermənistandan Dağlıq Qarabağa gedəcəyi planlaşdırılır. 
 
 
Anton Nosik Moskvadan uçmadan öncə “Canlı jurnal”dakı  bloqunda yazıb:”Dağlıq Qarabağ Respublikasına yola düşürəm. Ora həm də qədim erməni Artsaxıdır... Belə bir rəy var ki,  oraya yollanan hər kəs Azərbaycanın ərazi bütövlüyünü pozur. Bu, məni narahat etnir. Ona görə ki, Azərbaycanın özünün suveren bir dövlət kimi mövcudluğu tarixi bir səhv və  anlaşılmazlığın nəticəsi olub...”
 
 
Maraqlıdır ki, Azərbaycan barəsində  növbəti həyasız açıqlama verən  bloger Anton Nosik də Aleksandr Lapşin də  yəhudi mənşəlidir. O, 1990-cı ildə keçmiş SSRİ-dən İsrailə köçüb və 1997-ci ilədək orada yaşayıb. Rusiyada yəhudi icmasının ən fəal üzvlərindən biridir. 2016-cı ilin oktyabrında Rusiya məhkəməsi A.Nosiki  ekstremizmdə və milli nifrət yaratmaqda günahlandırıraraq 500 min rubl cərimə edib.
 

Xəbər lenti

300x200r