“Bəxti xiyar” ömrün gerçək ştrixləri...

9536
“Bəxti xiyar” ömrün gerçək ştrixləri...
  “Bəxti xiyar” ömrün gerçək ştrixləri...   Xiyar xeyirli tərəvəzlərdəndir, amma el arasında nədənsə üz nahiyəsindəki bütün əzalarını hər yerə salmağa çalışanlar haqqına “xiyar kimi hər yerdə bitir” deyimi var. Bu deyimdə xiyarın hansı metafora daşıdığı haqqında müxtəlif versiyalar irəli sürülə bilər, amma bu gün siyasətdən girib iqtisadiyyatdan çıxan, sözün həqiqi mənasında hər yerdə bitənlər üçün yerində və doğru bənzətmədir. Hələ bu ölkədə Bəxtiyar Hacıyev kimi hər gün cəmiyyətə Moşunun “gic-gic şeirlərindən” fərqlənməyən fikirlərini sırıyanlar haqqında düşünəndə, xiyarı tərəvəzlikdən çıxarıb şəxsiyyət xarakteristikasına çevrən bəzi subyektlərin “fövqəl bacarığına” heyrətlənməyə bilmirsən. “Xiyar hara Bəxtiyar hara” deyə düşünə bilərsiniz. Amma xiyarı metafora olaraq düşünəndə Bəxiyar Hacıyevin fizioloji və psixoloji portreti ortaya çıxır: bəxti xiyar oğlan... Bu düsturun açması belədir: iddiaları ilə potensialının üst-üstə düşmədiyi və bunun yaratdığı psixoloji tərbiyəsizliklə (Psixologiya elmində iddiaların potensialdan böyük olması tərbiyəsizliyin tərifi olaraq göstərilir) özünü sözün həqiqi və məcazi mənalarında “xiyar” kimi aparan Bəxtiyar Hacıyev həyatda istədiyinə nail ola bilməməsinə görə ona yar olmayan hər kəsi günahlandırır.  İstədiyinə nail olmaq üçün hər oyuna gedir, ona mane olduğunu düşünən hər kəsə hücum edir, elmizin dili ilə desək, “xiyar kimi hər yerdə bitir”. Bu, özünütəsdiq ehtiyacından doğan qəzəb və nifrətdir. Bu insan hesab edir ki, Azərbaycanda ondan ağıllı və dünyagörüşlü kimsə yoxdur və o, layiq olduğu qiyməti ala bilməyib. Azərbaycan siyasətində ədabazlığı ilə tanınan və layiq olduğu qiyməti almadığı düşüncəsi ilə ora-bura saldıran Bəxtiyarla eyni soyadın daşıyıcısının timsalında bu, o qədər də təəccüblü deyil və Bəxtiyarın iddialarının hətta bioloji bağlılıqlardan irəli gəldiyinə dəlalət edir. Yalnız “balaca Hacıyev” olmağa potensial namizəd Bəxtiyarı bir qədər fərqləndirən onun şişirdilmiş avtobioqrafiyasıdır.  Tərcümeyi-halına diqqət edəndə palaz-palaz adlar, ünvanlar, universitetlər qeyd olunduğu görünür və “balaca Hacıyev” tərəvəzi metaforaya çevirən sadə azərbaycanlının onun təqdim etdiyi CV-sini araşdırmayacağını yaxşı bildiyi üçün özünü şişirtməyə davam edir. Şişirdir-şişirdir və bir müddət sonra özü də “böyük adam” olduğuna inanır, reallıq qayasına tuş gəlib çilik-çilik olanda isə gerçək üzünü ortaya çıxarır.  Son parlament seçkiləri Bəxtiyar Hacıyev gerçəyini metaforasız və bəzəksiz formada ortaya çıxardı. Bu, makyajın altındakı gerçək sifət, yaxud şən klounun əyləndirdiyi uşaqlara nifrətinə də bənzəyir. “Qalib olmamışamsa, hər kəs günahkadır” düşüncəsi ilə “Balaca Hacıyev” özünü isbat etmək üçün Azərbaycanı Avropa məhkəməsinə verməyə hazırlaşır və sosial şəbəkə izləyəcilərinə (onların çoxunun feyk profil olması da ayrı bir gerçəklikdir) ölkəsini avropalı hakimlərə satmağa hazırlaşmasını bir qalibiyyət və qəhrəmanlıq nümunəsi kimi sırıyır.    Hərçənd, Hacıyev sosial şəbəkədə yazdığı postların altında ona “qaz verənlərin” seçici olmadığını, seçki günü məntəqəyə gəlməyəcəyini və virtual aləmlə real həyatın ayrı dünyalar olduğunu anlamaq istəmirdi, hələ də anlamır. Bu seçki ona keçmişindəki gerçəkləri gizlətmək üçün mandat sahibi olmaq və milli olmayan layihələri parlament kürsüsündən davam etdirmək üçün lazım idi. Baş tutmadı və özü haqqında yaratdığı virtual qəhrəman obrazını saxlamaq naminə Azərbaycanı şikayət etmək qərarına gəldi. Bəxtiyarın niyə xiyarın metaforik obrazına sahiblənməsi təəccüblü olmadığı qədər, onun niyyəti də gözlənilməz deyil. Anlamaq, nəyin nə olduğunu və niyə edildiyini bilmək üçün keçmişdən günümüzə boylanmaq gərəkdir. Perspektivli gənc Hardvard Universitetinin məzunu kimi ölkəyə dönür və ictimai-siyasi həyata atılır. Tablo olduqca təsiredicidir: demokratiya çarçısı olan bu gənc təqiblərə, təzyiqlərə məruz qalır, həbsxana həyatı yaşayır, lakin yolundan dönmür və sona qədər mübarizə aparır. Əsl “Ovod” həyatı... Amma... Siyasətə atılan bu bəxti xiyar oğlanın ilk saytının adına baxın: məhəbbət.com. Bu saytla yeniyetmə və azyaşlı qızları ətrafına toplayan B.Hacıyevin pedofilliyi ilə bağlı faktlar ortaya çıxanda onun cavabı “hər kəsin şəhvət hissi var” dedeyərək pedofil olduğunu təsdiq etdi, hətta buna haqq qazandırmağa da çalışdı.  Hacıyev Azərbaycana “möhtəşəm dönüşü”ndən sonra bir tərəfdən “məhəbbət.com” və digər gic-gic saytlar yaradır, digər tərəfdən “yeni lider” olmağa iddia edir, bunun fonunda özü haqqında tez-tez “həbslə təhdid olunuram” kampaniyasını aparırdı.  Nəhayət, hər bir vətəndaş kimi onun da hərbi xidmətə getməsi zamanı çatanda yalançı “patriotizmi” şərtləndirən bütün xüsusiyyətlər tam çılpaqlığı ilə üzə çıxdı. Vətənə xidmətdən yayınmaq üçün gah iddia etdi ki, bu mükəlləfiyyət ona qarşı təzyiqdir, gah uydurdu ki, Gürcüstanda doktorantura oxuyur və əlində sənədi var. Qanun qarşısından qaça bilməyəcəyini anlayanda Gürcüstana getmək üçün dabanına tüpürdü, sərhədi keçərkən saxlanıldı və qanunla məsuliyyətə cəlb olundu. 2010-cu ildə ABŞ-ın o vaxtkı dövlət katibi Hillari Klinton Bakıya səfər edəndə isə onun ətəyi altına girərək, azadlığa çıxmağa nail oldu.  İnsənin mahiyyəti onun xislətini, xisləti isə hərəkətlərini isytqiamətləndirir. Nə qədər gözəl ideyalarla pərdələnsən də, mahiyyətin səni ifşa edəcək və kim, nə olduğun az müddət sonra aydılığı ilə görünəcək. Həbsdən çıxandan sonra xaricdə təhsil adı altında gəncləri aldatmaq və xaricdə təhsil mafiyası ilə işbirliyi şəraitində İtaliyaya tələbə ixracının fəal üzvlərindən birinə çevrilmək nə demokratiya, nə qanunçuluq, nə də insanlıq anlayışına uyğun gələn məsələ deyil.  Ayrı-ayrı məmurların kompromat savaşında vasitə olmaq, ondan pul alıb buna, bundan pul alıb ona hədyanlar yağdırmaq da, sadə dildə desək, Feysbuk reketçiliyindən başqa bir şey deyil. Misal üçün, Bəxtiyara kimisə qaralamaq tapşırığı verilir, o da Feysbuk profilində hədəfdə olan şəxs haqqında uydurma və yalan məlumatlarla kampaniyaya başlayır, qarşılığında təbii ki, ödənişini alır. Hacıyev sosial şəbəkədə izləyicilərini artırmaq və Feysbuk reketçiliyini həyata keçirmək üçün feyk profillər və trollardan da aktiv istifadə edir. Klassik üslubdur. Profilində hədəf seçdiyi şəxsləri araşdıranda bunu daha aydın şəkildə görmək mümkündür.  Bütün bu faktlar sirr deyil və vaxtilə onu müdafiə edən, dost olduqları şəxslər də yazıblar, deyiblər.  Bütün bunlara rəğmən B.Hacıyev özünü “seçilmiş şəxs” hesab edir, sosial şəbəkə istifadəçiləri önündə ağıllı pozlar verir, “məhəbbət”lə gəldiyi siyasətin zirvəsini zəbt etdiyini düşünür. Təsadüfi deyil ki, onu tanıyanlar və vaxtilə dostluq etmiş şəxslər Hacıyevi “psixi vəziyyəti yerində olmayan” birisi kimi xarakterizə edirlər, haqsız da deyillər. 1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada bir qrup tələbə humanitar yardım məqsədilə aksiyaya başladı, bu prosesin nəticəsində People in Need (PİN – ehtiyacı olanlara yardım) adlı təşkilat yarandı. PİN işğal altındakı Xankəndində hospital açdı və yalnız erməni yaralılarına xidmət göstərdi. Halbuki, beynəlxalq humanitar yardımın başlıca prinsipi döyüş zamanı hər iki tərəfin yaralılarına yardım etməkdir. Erməniləri sağaldan PİN azərbaycanlı əsirlərin, xüsusilə uşaqların orqanlarının çıxarılması və orqan mafiyasına satılması işini də həyata keçirirdi. Müharibə bitdikdən sonra da PİN humanitar təşkilat kimi fəaliyyətini davam etdirdi və o gündən indiyə qədər əsas işi Ermənistana dəstək vermək, beynəlxalq səviyyədə Azərbaycana qarşı anti-təbliğat kampaniyasını həyata keçirməkdir. Gerçəkdə ermənilərə məxsus olan PİN beynəlxalq təşkilat statusu altında azərbaycanlıları da əməkdaşlığa cəlb edir və bu əməkdaşlıq qarşılığında qrantlar ayırırdı. İstisna deyil ki, bu proses hələ fərqli yollarla davam edir. Azərbaycanda ən fəal və sadiq PİN-çilərdən biri Bəxtiyar Hacıyevdir. Və bu xiyar hələ də israrla PİN-in erməni təşkilatı olmadığını iddia edir. Qrant qarşılığında azərbaycanlı uşaqların daxili orqanlarını satan PİN-ə baş əyən Hacıyev təşkilat üzərindən Azərbaycana qarşı erməni kampaniyalarının daxili cəbhəsində də aktiv rol alır.  Ötən ilin noyabrında Hacıyev məhz PİN-in dəvəti ilə Paris Sülh Konfransının iştirakçıları sırasında göründü və hətta Ermənistanın baş naziri Nikol Paşinyana sual da verdi. Ardınca bu sual “Bəxtiyar Hacıyev Paşinyanı susdurdu” adı altında qəhrəmanlıq kimi geniş şəkildə təbliğ olundu. Burada iki detal diqqət çəkirdi. Birincisi, ictimai-siyasi karyerası ləkəli olan B.Hacıyevin “ağardılması” və onun vətənpərvər obrazının yaradılması məqsədi güdülürdü. Bu planın parlament seçkilərindən öncəyə təsadüf etməsi də Hacıyevin seçkilərdə qələbəsinə və Azərbaycana qarşı olan qüvvələrin onun üzərindən qanunverici orqanda kürsü əldə etməsinə hesablanmış addımıydı.  İkincisi, bu, beynəlxalq platformada Ermənistanın işğalçı siyasətinə haqq qazandırması üçün Paşinyana imkan yaratmaqdan başqa bir şey deyildi. Hacıyevin sualı və Paşinyanın cavabı bunu təsdiqləyir. “Siz Qarabağa, Xankəndinə səfər edirsiniz, deyirsiniz ki, Qarabağ Ermənistanındır. Belə bəyanat sülh prosesinə necə xidmət edə bilər?”, - Hacıyev soruşur. Paşinyan cavabında “Qarabağın Ermənistana məxsus olduğu, Azərbaycanın bu ərazilərə iddia etdiyi” haqqında yalanlarını sadalayır.Vəssalam. Bu qəhrəmanlıqdır, yoxsa... Hacıyevin məqsədi diqqəti erməni işğalına çəkmək olsaydı, sualı başqa cür qoyar, yaxud sualda ən azı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu faktını vurğulayardı. Ancaq o, sualı ilə sadəcə erməni tərəfinə pas verməklə heç Ata Abdullayev belə ola bilmədi.  Yəqin ki Paris Sülh Konfransında Dağlıq Qarabağla bağlı öz iddialarını dilə gətirməsi üçün Paşinyanın ayaqüstü birifiqində ona cavab haqqı yaradacaq sualın ünvanlanması lazım idi. Belə bir sualı bir azərbaycanlının üvanlaması isə erməni baş nazirin ətraflı cavab verməsinə imkan yaradacaqdı. Hacıyev bunu gerçəkləşdirdi, çünki onun missiyası bu idi və PİN tərəfindən həmin tədbirə dəvət olunması da buna hesablanmışdı. Erməni lobbisi bununla həm Paşinyana Azərbaycanı yıxıb-sürümək imkanı yaratdı, həm də B.Hacıyevdən seçki öncəsi “qəhrəman” düzəldildi.  Hacıyev seçkidə istəyinə nail ola bilmədi. Təbii ki, bu da onun öhdəlik daşıdığı şəxslər, qurumlar, güclər qarşısında çətin vəziyyətə düşməsi deməkdir. Ancaq nə bu meydan, nə bəxtiyarlar, nə də onları oynadanların cəhdləri bitən-tükənən deyil. Buna görə də Hacıyev Azərbaycanı Avropa məhkəməsinə verir. Əgər sabah PİN, HRW və ya digər təşkilat, xarici media bu məsələyə ciddi diqqət ayrsa, heç təəccüblənmək lazım deyil.  Hər şey Azərbaycana qarşı qurulmuş oyundan ibarətdir və özünü “xiyarlığa qoyan” Hacıyev bu oyunu “vətənpərvərlik” donuna bürünərək həyata keçirmək istəyir. Ancaq nail ola bilməyəcək, çünki xiyar nə qədər xarakter olsa belə, sonda tərəvəzdir, xiyardı ki, xiyar.. 

Xəbər lenti