“Təəssüf ki, Ermənistan tərəfindən humanitar əsaslarla atəşkəs rejimindən süni şəkildə istifadə edilir. Atəşkəs özlüyündə sülh deyil və heç bir zaman da ola bilməz”.
Mynews.az xəbər verir ki, Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, hazırkı şəraitdə Moskvada qəbul olunmuş bəyanat humanitar əsaslarla qəbul edilmiş atəşkəs rejimidir.
H.Hacıyev vurğulayıb ki, bundan sonra diplomatik sahədə fəaliyyət davam etdiriləcək:
“İlham Əliyevin rəhbərliyi altında əsas hədəf Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün çalışacağıq”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub