Rasim Quliyev: “İran Ermənistanla sərhədləri bağlamalıdır” - ÖZƏL-AÇIQLAMA
“Son vaxtlar rəsmi olaraq İran İslam Respublikasının Azərbaycanın əzəli torpağı olan Qarabağda apardığı antiterror və yaxud da ermənilərin işğalına cavab olaraq əks-hücum əməliyyatına İranın həm rəhbərlik, rəsmi şəxslər səviyyəsində, həm də İranın ali dini lideri ayətulla Əli Xamneyi səviyyəsində münasibət bildirilərkən açıq və birmənalı şəkildə ifadə olunmuşdu ki, Qarabağ Ermənistan tərəfindən işğal olunub və Azərbaycanın ərazisidir. Həmçinin onların bəyanatında bildirilib ki, BMT tərəfindən, eləcə də beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub və işğalçı Ermənistan ordusu Azərbaycan ərazisini tərk etməlidir. Bu addımın özü çox müsbət haldır”. Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
Mərkəz rəhbərinin sözlərinə görə, nəhayət ki, İran İslam Respublikası qəti və açıq mövqe ortaya qoydu: “Hesab edirik ki, regionda və hər iki ölkənin qonşuluğunda olan İran dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha tez, ədalətli və beynəlxalq hüquqa uyğun olaraq həllində maraqlı olmalıdır. Belə olan məqamda ortaya məntiqli bir təklif çıxır. İyulun 12-də Ermənistanın sərhədlərimizi pozub Tovuz hadisələrində işğala cəhd edəndə bir çox mətbuatda və müəyyən dairələrdə açıq ifadə olundu ki, İran tərəfindən Ermənistana müəyyən yüklər gedir. Bu yükləri biri hərbi, digəri isə hümanitar yük kimi qiymətləndirdi. Sonradan İran dövlətinin mətbuatda dərc olunmuş açıqlamasından bəlli oldu ki, həmin yüklər hümanitar yüklərdir. Orada olan azərbaycanlılar da bu məsələyə reaksiya verəndən sonra isə həmin məsələ daha çox gündəmə gəldi. Amma istənilən halda hansı yükün göndərilməsindən asılı olmayaraq işğalçı dövlət olan və bizim ərazilərimizdə öz qoşunlarını saxlayan regional bir ölkənin İran tərəfdən hər hansı şübhəli və ya qeyri-şübhəli yüklə hazırda dəstəklənməsi düzgün deyil. Biz hesab edirik ki, yaxın vaxtlarda İran tərəfi işğal faktı başa çatanadək Ermənistanla sərhədləri bağlamalıdır. Bu fikir həm Azərbaycan ictimaiyyətində də səslənməkdədir, həm də İranda yaşayan çoxmilyonlu Azərbaycan ictimaiyyətinin istəyini əks etdirir”.
Loading...
Siyasət
- Paşinyan Azərbaycana gələcəkmi? - Qərarını bu tarixdə açıqlayacaq
- Ərdoğan Azərbaycana gəlir
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1003 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 910 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 910 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 595 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 594 dəfə oxunub
loading...