“Caliber” layihəsinin “Youtube” hesabında bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında baş tutmuş tarixi görüşlə bağlı video yayımlanıb. Görüş zamanı əldə olunmuş razılığa əsasən Azərbaycana Ağdam rayonunun bütün mina xəritələrini təqdim edilib. Bakı isə İrəvana 15 erməni hərbçisini qaytarıb.
Bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında tarixi görüş baş tutub.
Bu barədə “Caliber.az” yazıb.
Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində beynəlxalq birliyin Ermənistana təzyiqi öz bəhrəsini verib.
Ermənistan tərəfi Azərbaycana Ağdam rayonunun bütün mina xəritələrini təqdim edib. Bunun əvəzində Bakı İrəvana 15 erməni hərbçisini qaytarıb. İstintaq orqanlarının araşdırmasına görə, bu hərbçilər Azərbaycan vətəndaşlarının öldürülməsində və digər ağır cinayətlərdə iştirak etməyiblər. Erməni tərəfi isə 100 minə yaxın tank və piyada əleyhinə minanın yerini göstərən xəritələri təqdim edib.
Xəritələrin dürüstlüyünə ABŞ və Aİ yüksək səviyyədə zəmanət verib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub