“Əgər əvvəllər zorakılıq əsasən seçki günü müşahidə edilirdisə, bu dəfə, demək olar ki, təbliğat kampaniyasının başlanğıcında onun iştirakçıları arasında qanlı toqquşmalar başladı”.
İstiPress-in məlumatına görə, bu barədə erməni jurnalist Susanna Petrosyan Rusiya mətbuatı üçün yazdığı məqaləsində bildirib.
“Özü də bütün qalmaqallı hadisələrdə birincilik hakim Respublika Partiyasının nümayəndələrinin payına düşür, məhz bu partiyanın təmsilçiləri bütün qalmaqallı toqquşmaların səbəbkarı və birbaşa iştirakçısı olurlar”,- deyə jurnalist davam edib.
Daha sonra müəllif seçki kampaniyasında seçicilərin səsinin satın alınmasından bəhs edir: “Müşahidəçilər seçicilərin satınalınması hallarından bəhs edirlər. Müxalifətçilərin fikrincə, İrəvanın bəzi rayonlarında seçkiqabağı rüşvətin məbləği artıq 100 dollara çatır”.
Ermənistanda parlament seçkiləri ərəfəsi toqquşma
Susanna Petrosyanın fikrincə, seçkiqabağı kampaniyanın gərgin olması seçkidən sonrakı proseslər barədə düşünməyə məcbur edir. Müəllif bununla da 2008-ci ildə baş vermiş prezident seçkilərindən sonra İrəvanda baş vermiş qanlı hadisələrə işarə vurub. Onda seçkinin nəticələrinə etiraz edən kütləyə atəş açılmışdı və 8 nəfər həlak olmuşdu.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub