"Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.
Mynews.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
"COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun”, - İlham Əliyev vurğulayıb.
Dövlət başçısı bildirib ki, 120 ölkənin dəstəyi ilə Azərbaycan BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib.
İlham Əliyev, həmçinin bilidirib ki, Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur.
"Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq”, - deyə dövlət başçısı vurğulayıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
562 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
551 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
526 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
526 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
524 dəfə oxunub