“Roozno” saytı dünən Azərbaycanda başlayan COP29 Konfransına dair məlumat yayıb. Konfransın məqsədinə toxunan yazıda, iqlim problemləri ilə bağlı məsələlərin əsas götürüləcəyi və bunun da İran prezidentini ciddi şəkildə narahat etdiyi vurğulanıb.
Bildirilib ki, Bakıda keçirilən sammitə İrandan gedən nümayəndə heyətinə prezidenti Məsud Pezeşkian rəhbərlik etməli idi, ancaq bu, ölkə daxilində bəzilərinin xoşuna gəlməyib və ciddi müzakirələrə səbəb olub.
Radikal “Keyhan” qəzetindən sitat gətirən yazıda qeyd olunub ki, qəzet Pezeşkiana Bakıya getməməsi üçün xəbərdarlıq edib və bunu tələ adlandırıb, habelə prezidenti tənqid edib.
Sitat: “Təbii ki, Pezeşkiana təzyiqlər yalnız “Keyhan” qəzeti ilə bitməyib, bəzi millət vəkilləri, radikal fraksiyadan olan siyasətçilər də buna qoşulub... Digər tərəfdən, sammitə İranın vitse-prezidenti və Ətraf Mühit Təşkilatının sədri Şina Ənsari qatılıb. O isə elə ilk gündən İranda bir çox ekoloji problemlərin olmasından və Tehranın sanksiyalar içində boğulmasından danışıb...”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub