Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə toplantısında liderlərə müraciət edib. Mynews.az xəbər verir ki, Ərdoğan müsəlman ölkələrini İsrailə qarşı birgə hərəkət etməyə çağırıb.
Sammitin əsas prioriteti Ərəb və İslam ölkələri arasında mövqe birliyi yaratmaqla İsrailə beynəlxalq təzyiqlərin edilməsinə çalışmaq olub. Ərdoğan Qərb dövlətlərinin Qəzzada qətliam törədən İsrailə verdiyi siyasi və hərbi dəstəyi xatırladıb. O, müsəlman ölkələrinin reaksiya verə bilməməsinin vəziyyəti daha da pisləşdirdiyinə diqqət çəkib. Türkiyə prezidenti daha çox ölkəni Fələstini tanımağa təşviq etməyin vacibliyinə də diqqət çəkib.
Suriya prezidenti Bəşər Əsədin çıxışı zamanı Ərdoğanın zalı tərk etməsi isə diqqət çəkən məqam olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub