Bu gün keçmiş SSRİ-nin tərkibində olan Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan Ahıska türklərinin 1944-cü il noyabrın 14-də sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) deportasiya edilməsinin 80-ci ildönümüdür.
Mynews.az xəbər verir ki, deportasiya zamanı o dövrdə Gürcüstanda 212 kənddə yaşayan təqribən 95 min Ahıska türkü öz evlərindən məcburi qaydada çıxarılaraq yük vaqonları ilə çox ağır şərtlər altında Mərkəzi Asiya respublikalarına sürgün ediliblər.
Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilib, orada məcburi əməyə cəlb olunublar.
Sürgündəki dözülməz şərait ən azı 12 min (bəzi informasiyalara görə, 50 minə qədər) Ahıska türkünün ölümünə səbəb olub.
Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmri əsasında SSRİ xalq daxili işlər komissarı Lavrenti Beriyanın rəhbərliyi ilə 4 min milis əməkdaşı tərəfindən həyata keçirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub