Birləşmiş Ştatlar Avropanın ən uzunmüddətli müttəfiqi və strateji təhlükəsizlik tərəfdaşıdır. Avropa Parlamenti seçilmiş prezident Donald Trampın yeni administrasiyası dövründə Aİ-ABŞ münasibətlərinin gələcəyini müzakirə edib. Avropa diplomatiyasının rəhbəri Josep Borrell geosiyasi dəyişikliklərin nəticələrinə hazırlıq görməyə çağırıb. Onun fikrincə, Aİ öz taleyinin ağası olmalıdır.
"Tramp bütün Çin mallarına 60%-lik gömrük rüsumlarından danışır ki, bu da dünya bazarlarına təsir edəcək. Amerika bazarına çıxa bilməyən Çin malları bizim bazarları doldura bilər. Bəs immiqrasiya siyasəti? Burada mənəvi və humanitar məsələlər var". - Josep Borrell çıxışında bildirib.
Siyasi spektrin liderləri razılaşırlar ki, Trampın irəli sürdüyü “Birinci Amerika” yanaşmasından sağ çıxmaq üçün dialoq çox vacibdir. Gözlənilir ki, ABŞ-ın hələlik “yumşaq siyasəti” işə yaramasa, “qara dəlik” işə düşəcək. Bu da avropalıların proqnozlaşdırmaq istəmədikləri bir vəziyyətlə baş-başa qalmaq deməkdir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub