Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıda keçirilən COP29 sammitinə gəlmək ehtimalı hələ də var. Mynews.az saytının erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Ermənistan hökumətinin başçısına Bakıya gəlmək üçün Makronun razılığı hələ də alınmayıb.
Bundan əvvəl Paşinyanın Rusiyaya səfəri və MDB Zirvə görüşünə qatılması, Azərbaycan Prezidenti ilə hansısa məsələlər barədə xeyli söhbət etməsi Yelisey sarayında oturan şəxsin heç xoşuna getməyib. Amma hakim "Mülki Müqavilə" partiyasının yeksək retbəli rəsmilərinin verdiyi açıqlamalardan belə görünür ki, N.Paşinyanın paytaxtımıza gələcəyi istisna deyil.
Amma...
Nikol Paşinyanın sağalmayan mərəzindən də hər kəs məlumatlıdır. Belə ki, baş nazir hansı ölkəyə gedirsə orada, türklər demiş, "bisiklet" sürür. Bakıda necə, Paşinyan bunu edə biləcəkmi, "fanatlarının" həsrətinə son qoyacaqmı?
Təsəvvür edin ki, Paşinyan Bakı Bulvarında velosipet sürür və arxasınca düşən uşaqlar da xorla, "nə oldu, Paşinyan?" deyib onu ələ salırlar...
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub