Qərb ölkələrinin uzaqmənzilli raketlərlə Rusiyaya zərbə endirilməsinə icazə verməsi rəsmi Kiyev üçün göydəndüşmə olsa da əhali, xüsusən də müharibənin davam etməsini istəməyən ölkələrdə narahatlıq hər keçən gün artır. Məsələ nüvə düyməsinin əlçatan olmasıdır.
Rusiya rəhbərliyi bilirir ki, əgər ATACMS raketləri ölkənin içərilərindəki hədəfləri vursa taktiki nüvə silahlarının işə salınmasına tərəddüd etməyəcəyik. Maraqlıdır, Rusiya bu halda Ukraynanı, yoxsa ATACMS-ləri bu ölkəyə göndərənləri vuracaq?
Məlumdur ki, Ukraynaya ABŞ başda olmaqla, Britaniya, Fransa, Almaniya, Kanada və digər ölkələrin, NATO-nun dəstəyi olmasaydı, Kiyev çoxdan məğlub olmuşdu. Uzaqmənzilli raketlərlə bağlı icazə isə o deməkdir ki, Moskva, Sank-Peterburq belə vurula bilər. Ukrayna Prezidenti Vladimir Zelenskinin “raketlər öz sözünü deyəcək” fikirləri də o anlama gəlir ki, Kiyev bütün mümkün variantlardan istifadə edəcək. Düzdür, müharibənin 2025-ci ildə dondurulacağını bəyan edirlər. Ancaq bu müharibə hələ 2025-ci ildə də bütün şiddəti ilə davam edəcək.