“Gürcü arzusu” Gürcüstanda keçiriləcək prezident seçkilərində sabiq futbolçu, milli komandanın üzvü Mixeil Kavelaşvilinin namizədliyini irəli sürüb. Mynews.az saytı xəbər verir ki, seçkilər dekabrın 14-də keçiriləcək, qərar parlamentin səs çoxluğu ilə qəbul edilib.
Bu barədə partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili vurğulayıb ki, Kavelaşvili uzun illər idmançı kimi respublikanın maraqlarını şərəflə müdafiə edib və Gürcüstanın futbol üzrə milli komandasının tərkibində olub. Partiyanın təsisçisi prezidentliyə namizədin “Dinamo” (Tbilisi), “Alaniya” (Vladiqafqaz) və “Mançester Siti” kimi məşhur futbol klublarında çıxış etdiyini xatırladıb.
“Gürcü Arzusu”nun siyasi şurası Mixail Kavelaşvilinin prezident postuna namizədliyi barədə qərar qəbul edib. O, uzun illər uğurlu idmançı kimi Gürcüstanın şərəfini qoruyub. Bidzina İvanişvili əlavə edib ki, Mişa Gürcüstan milli futbol komandasının mühüm üzvü olub və müxtəlif ölkələrdə dəfələrlə çempion olub.
Bundan əvvəl Gürcüstan parlamenti dekabrın 14-nə təyin edilmiş prezident seçkilərinin tarixini təsdiqləyib. Bu qərarı parlament üzvlərinin əksəriyyəti dəstəkləyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub