Almaniyanın Türingiya və Saksoniya əyalətlərində yerli seçkilərdə hakim koalisiyanın məğlub olması Olaf Şolz hökuməti üçün ciddi təhlükə yaradır. Bu barədə Almaniyanın “Focus” jurnalı məlumat yayıb.
“Olaf Şolzun koalisiyasının onsuz da ən zəif hissəsi olan liberallar fəlakətlə üzləşdi”, materialda qeyd edilir.
Məqalə müəllifləri hesab edirlər ki, seçkilərin nəticələri elitanın yerli sakinləri narahat edən problemlərə, o cümlədən Berlinin Ukrayna münaqişəsinə müdaxiləsinə diqqətsizliyinin təbii nəticəsidir. "Bir ildən çox müddətə federal seçkilərdə parlamentdənkənar müxalifətlə üzləşmək perspektivi, çox güman ki, hazırkı hökuməti sağ qalma həddinə çatdıracaq" deyə Fokus yekunlaşdırır.
Türingiyada keçirilən seçkilərdə sağçı Almaniya üçün Alternativ (AfD) partiyası qalib gəlib. AfD yerli parlamentdəki 88 yerdən 32-ni qazanıb. Sara Vaqenknechtin Ağıl və Ədalət Birliyi (BSW) kimi AfD də Kiyevə silah tədarükünün əleyhinədir və Rusiya ilə danışıqları dəstəkləyir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub