Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə yeni sədr təyin olunub.
Mynews.az xəbər verir ki, bununla bağlı qərar Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin toplantısı zamanı verilib.
Belə ki, 2018-ci ildən Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri olan tanınmış iş adamı Səməd Qurbanov vəzifəsindən ayrılıb. Onun yerinə digər tanınmış iş adamı Emin Ağalarov təyin olunub.
Qeyd edək ki, Emin Ağalarov Rusiya və Azərbaycanda böyük bizneslərin sahibi, eyni zamanda Azərbaycanın Xalq artistidir. Onun əsas layihələri sırasına “Sea Breeze Resort” developer layihəsi, çox saylı restoran və fitness şəbəkələri daxildir.
Xatırladaq ki, Azərbaycan-Rusiya İşgüzar Şurası 2016-cı ildə Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədilə yaradılıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri iqtisadiyyatın kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və s. kimi müxtəlif sahələrində fəaliyyət göstərən iri, orta və kiçik biznesin nümayəndələridir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub