Türkiyənin xarici işlər naziri Fidan: Yaxın vaxtlarda Astana formatında Suriya ilə bağlı görüş planlaşdırılır
Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyəti həll etmək üçün yaxın vaxtlarda Astana formatında nazirlər səviyyəsində görüş keçirməyi planlaşdırır. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan diplomatik departamentin sosial şəbəkələrdəki səhifələrində məlumat yayıb.
Fidanın sözlərinə görə, o, artıq rusiyalı həmkarı Sergey Lavrovla Astana prosesinin bərpasını müzakirə edib. Yaxın vaxtlarda format yenidən təşkil olunacaq.
Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib. Kanalın mənbəsinin məlumatına görə, nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər. Noyabrın 30-da Suriya Müdafiə Nazirliyi terrorçu qrupların Hələb şəhərinin bir çox ərazisinə daxil olduğunu açıqlayıb. Rusiya təyyarələri yaraqlıların cəmləşdiyi yerə zərbələr endirməyə başlayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub