“RESURS” Analitik İnformasiya Mərkəzi təyyarə qəzasından sonra Azərbaycan ictimaiyyətinin Rusiyaya münasibəti ilə bağlı RƏY Sorğusu keçirib
Bir neşə gün öncə AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalması səbəbindən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycanda və dünyanın əksər ölkələrində Rusiya Federasiyasına qarşı narahatlıq, narazılıq və hiddət yaranıb.
“Resurs” Analitik İnformasiya Mərkəzi Azərbaycan cəmiyyətində Rusiyaya münasibəti qiymətləndirmək məqsədilə Bakı şəhəri və regionlar üzrə 1000 nəfər arasında sorğu keçirib. Respondentlərin 54,7 faizini kişilər, 45,3 faizini isə qadınlar təşkil edib.
1. Təyarə qəzasından sonra Azərbaycandan Rusiyaya aviareyslərin davam etdirilməsi mümkündürmü?
a) Çox təhlükəlidir- 71,1%
b) Hər an vəziyyət dəyişə bilər- 17, 1 %
c) Cavab verməyə çətinlik çəkirəm-11,8 %
2. Rusiya dövləti maddi təzminat ödəməli və cavabdeh şəxsləri cəzalandırmalıdırmı?
a)Təzminat ödəməli, günahkarları cəzalandırmalıdır – 82,2 %
b) Üzr istəməklə kifayətlənəcək – 6,4 %
c) Cavab verməyə çətinlik çəkirəm- 11,4%
3. Rusiya-Azərbaycan münasibətləri pozula bilərmi?
a) Münasibətlər pozula bilər- 66, 2 %
b) Münasibətlər əvvəlki qaydada davam edəcək- 18,5 %
c) Cavab verməyə çətinlik çəkirəm- 15, 3 %
Apardığımız sorğunun nəticələrinə əsasən demək olar ki, məlum təyyarə qəzasından sonra Rusiyaya qarşı ictimai rəydə aqressiya yaranıb. Respondentlərlə söhbət zamanı məlum olub ki, aqressiyanın səbəblərindən biri də zədələnmiş təyyarənin Rusiyanın yaxın ərazilərində yerləşən aeroportlarına enişinə icazə verməməsidir.
“Resurs” Analitik İnformasiya Mərkəzi
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub