Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ya Almaniya kansleri Olaf Şolz arasında görüşlərin hazırlandığı barədə məlumatları təkzib edib. Mynews.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
"Hazırda belə planlar yoxdur", deyən Peskov belə təmasların hazırlanması ilə bağlı sualı cavablandırıb.
Yanvarın 4-də Bundestaqın deputatı, Almaniya Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi Roderix Kiesewetter deyib ki, Putinlə Tramp arasında görüşün bu ilin martına planlaşdırıldığı iddia edilir. O, həmçinin bildirib ki, Şolz Almaniyada fevralın 23-nə təyin edilmiş növbədənkənar parlament seçkilərindən əvvəl Moskvaya səfər edə bilər.
Dekabrın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi Tramp komandasından dialoqun bərpasında maraqlı olduğuna dair siqnallar eşidir. Nazirin sözlərinə görə, Rusiya hakimiyyəti Ukrayna münaqişəsinin həlli ilə bağlı ABŞ-ın seçilmiş prezidentinin administrasiyası ilə məsləhətləşmələrə hazırdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub