Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Mynews.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident.
"Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin faciəvi şəkildə həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Zati-alinizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dəhşətli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.
Bu ağır itki bizim hamımızın ümumi kədərimizdir. Belə bir faciənin bir daha yaşanmamasını diləyirəm.
Fürsətdən istifadə edərək Sizə, ailənizə və qardaş Azərbaycan xalqına cansağlığı, firavanlıq arzulayıram".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub