Prezident İlham Əliyev ötən həftə Samir Şərifovu maliyyə naziri vəzifəsindən azad edərək, onu Baş nazirin müavini təyin edib. Hazırda nazir postu yeni sahibini gözləyir.
Maliyyə Nazirliyinə yeni rəhbərin nə zaman təyin olunacağı isə dövlət başçısının növbəti sərəncamından asılıdr.
Hazırda Maliyyə Nazirliyinə rəhbərliyi nazirin müavini edir. Bu, Azər Bayramovdur.
55 yaşlı A.Bayramov 2004-cü ildən maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədridir.
Qeyd edək ki, Azər Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Maraqlıdır ki, Azər Bayramov hazırda Maliyyə Nazirliyində yeganə müavindir.
Bundan əvvəl digər nazir müavini və nazirin birinci müavini postları boşalsa da, həmin vəzifələrə yeni təyinat olmayıb
Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, nazirin bir birinci müavini və üç müavini olmalıdır.
Hazırda isə maliyyə nazirinin birinci müavin və iki müavin vəzifəsi boşdur.
Nazirin keçmiş birinci müavini İlqar Fətizadə 2022-ci ilin aprelində vəfat edib.
Nazirin digər müavini postunda çalışmış Emin Hüseynov 28 avqust 2018-ci il tarixində bu postdan azad edilərək, əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi təyin olunub, sonra ona işğaldan azad edilmiş ərazilər üzrə yeni vəzifə verilib.
E.Hüseynov 7 mart 2024-cü il tarixindən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsində çalışır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub