USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Deportasiya, Ukrayna, Kennedi... TRAMPIN PLANI

13:52 20.01.2025
Deportasiya, Ukrayna, Kennedi... TRAMPIN PLANI
13:52 20.01.2025

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya ərəfəsində qeyri-qanuni mühacirlər üçün sərhəd keçidlərini tez bir zamanda bağlayacağına söz verib. O, bunu bazar günü, yanvarın 19-da andiçmə mərasimindən əvvəl keçirilən mitinqdə çıxışı zamanı deyib. "Sərhəddə ölkəmizin qüdrəti barədə sizi böyük məmnuniyyətlə düşünməyə vadar edəcək hadisələrə söz verirəm. Sabah günəş batanda ölkəmizə hücum dayanacaq. Bütün qanunsuz sərhəd keçidləri dayanacaq. Kim cəhd edirsə evə göndəriləcək.

Tramp əlavə edib ki, ABŞ-ı qorumaq üçün görülən tədbirlər dünyanın indiyə qədər gördüyü ən əhatəlisi olacaq. "Siz Amerika tarixində ən böyük deportasiyanı görmək üzrəsiniz", - ABŞ-ın seçilmiş prezidenti əmin edib.

ABŞ prezidenti Co Bayden ABŞ prezidentlərinin vəzifədə olarkən törətdikləri cinayətlərə görə məsuliyyətdən yayınmalarının qarşısını almaq üçün ABŞ Konstitusiyasının dəyişdirilməsinə çağırıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni dayandıracağına və 3-cü Dünya Müharibəsinin qarşısını alacağına söz verib və onun və komandasının buna çox yaxın olduğunu bildirib. Siyasətçi bunu inauqurasiya zamanı deyib. "Mən Ukraynada müharibəyə son qoyacağam. Yaxın Şərqdəki xaosa son qoyacağam. Mən III Dünya Müharibəsinin qarşısını alacağam və siz bizim ona nə qədər yaxın olduğumuzu təsəvvür edə bilməzsiniz", - Tramp deyib.

Tramp dəfələrlə ictimai çıxışlarında qeyd edib ki, Ağ Evə rəhbərlik etməyə davam etsə, ölkələr arasında müharibə olmayacaq.

Daha əvvəl bildirilmişdi ki, Trampın yaxın ətrafı onun Rusiya prezidenti Vladimir Putinlə “yaxın günlərdə və ya həftələrdə” danışacağını gözləyir. Onların görüşünə də hazırlıq gedir.

Kennedinin 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində ölümü ilə bağlı sənədlərə əlavə olaraq Tramp bildirib ki, vətəndaş hüquqlarının lideri, baptist pastor və ictimai fəal Martin Lüter Kinqin 4 aprel 1968-ci ildə Memfisdə, Tennessi ştatında öldürülməsinə dair sənədlər də məxfilikdən çıxarılacaq. "Biz məxfi sənədləri açacağıq. O cümlədən prezident Kennedinin, eləcə də Martin Lüter Kinqin qətli ilə bağlı sənədlər", - Tramp deyib. O əlavə edib ki, “bütün bu sənədlər dərc olunacaq”.

Qeyd edək ki, Tramp 2017-ci ildə ilk səlahiyyət müddətində ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi ilə bağlı məlumatların məxfiliyinin açılmasına göstəriş verib. O zaman Milli Arxivlər və Qeydlər İdarəsinin məlumat bazasında bu səs-küylü qətllə bağlı 2891 sənəd ilk dəfə dərc edilib.

Eyni zamanda, Tramp ABŞ-ın icra orqanları və departamentlərinin tələbi ilə məxfi arxivdən “ölkənin milli təhlükəsizliyinə zərər verə biləcək” bəzi sənədlərin dərcini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, yanvarın 20-də ABŞ-da 47-ci prezident Donald Trampın andiçmə mərasimi keçirilib. Mərasim gözlənilən soyuq hava ilə əlaqədar Konqresin binasında baş tutub. Bu, 1985-ci ildən bəri ilk dəfədir ki, ABŞ prezidentinin andiçmə mərasimi qapalı məkanda keçirilib.


Xəbər lenti

300x200r