Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilir.
Mynews.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.
Xatırladaq ki, məhkəmənin hazırlıq iclası yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, müdafiə üçün vəkillərlə təmin edilib. Məhkəmədə dövlət ittihamını 6 prokuror, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.
***
"Qardaşım Xəqani Musayev 1991-ci ildə itkin düşüb, ondan indiyədək xəbərimiz yoxdur”.
APA-nın məlumatına görə, bu sözləri müxtəlif hərbi cinayətlərdə ittiham olunan Araik Arutyunyan və digərlərinin məhkəmə prosesində cinayət işi üzrə zərərçəkmiş qisimdə tanınmış Xanəli Musayev deyib.
"Biz onların layiqli cəza alacaqlarına inanırıq”, - deyə zərərçəkən qeyd edib.
Məhkəmə prosesində zərərçəkən qisimdə tanınan l Qarabağ müharibəsi iştirakçısı Şöhrət Dadaşzadə bildirib ki, Gəncəni, Tərtəri, Bərdəni bombalanması əmrini verənlər layiqli cəzasını almalıdırlar.
Digər zərərçəkən, l Qarabağ müharibəsi iştirakçısı Cavanşir Qəmbər isə deyib ki, proses zamanı Qarabağda olan hadisələr hamısı gözünün önünə gəlib: "Mənim əsgərlərim, komandir heyəti onların törətdiyi vəhşiliklərin şahidi olub. Onlar insanların başını daşla əzib öldürürdülər. İndi isə özlərini məsum hala salıblar.
Məhkəmə prosesinin bu şəkildə təşkili bizim hökumətin, dövlətin ədalətli davranmasından xəbər verir”.
Qeyd edək ki, bu gün Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub