Bir müddət əvvəl Rusiyanın məşhur "Baza" teleqram kanalı qəzaya uğrayan AZAL təyyarəsinin pilotları və dispetçer arasında danışıqlarını əks etdirən dialoqu yaymışdı. Mynews.az xəbər verir ki, hələ onda təyyarənin qara qutuları Braziliyada oxunma mərhələsində idi. Bu cür məlumatın yayılması isə cəmiyyətdə çaşqınlıq yaradırdı. Çünki həmin məlumatlarda iddia edilirdi ki, pilotlara Qrozni və Mahaçqalaya enməklə bağlı təklif verilib onlar bunu qəbul etməyiblər və Aktauya yönəlməyə qərar veriblər.
Bu gün Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev məsələyə aydınlıq gətirib.
O bildirib ki, yayılmış məlumatlarla qara qutulardakı məlumatın məzmunu fərqlidir.
Bozumbayev ictimaiyyəti yalnız rəsmi xəbərləri gözləməyə çağırıb.
Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub