Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün Azərbaycanda "sükut günü"dür.
Mynews.az xəbər verir ki, bələdiyyə seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.
Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda bu müddət 2025-ci il yanvarın 6-dan başlayıb, yanvarın 28-i saat 08:00-da başa çatıb.
Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.
Qeyd edək ki, yanvarın 29-da keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub