Rusiya və Ukrayna arasında atəşkəs yaxınlaşır, lakin bu, yekun sülh olmayacaq. Sadəcə təmas xəttində gərginlik dondurulacaq. Bunu keçmiş politoloq Tofiq Zülfüqarov deyib.
O, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhdən sonra özünü qalib elan edəcəyini bildirib: “Lakin bununla yanaşı, həm Rusiya, həm də Ukraynada “qalibləri” yeni oyunçularla əvəzləmək mövzusu aktuallaşacaq. Artıq Kiyevin siyasi elitası və “Kreml qüllələri” arasında müxtəlif qruplar hakimiyyət uğrunda ölümcül mübarizəyə hazırlıq görürlər, onlar “gizli” şəkildə hərəkətə keçiblər. Qərb onlarla təmasdadır, ümidverici siqnallar göndərir və qarşıdurmanın daha da kəskinləşməsinə çalışır”.
Keçmiş nazirin sözlərinə görə, AZAL-ın təyyarəsinin vurulması məsələsi Kremlə yaxın qruplar arasında siyasi mübarizə istifadə üçün fona çevrilib. “Hazırda məsələ ilə bağlı aparılan təbliğat kampaniyasından görünür ki, Rusiya xüsusi xidmət orqanlarından olan şəxslər həm öz ölkələri, həm də Azərbaycandakı agentlərinə nəzarəti davam etdirirlər. Burada söhbət Rusiya dövlətinin hazırkı rəhbərinə aydın olaraq meydan oxuyan iddialı və güclü “Kreml qülləsi”ndən gedir.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub