Prezident İlham Əliyev bir sıra sərəncamlarda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri Əli Əhmədov Samir Şərifovla əvəz edilib.
Bundan başqa, Samir Şərifov Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın sədri olub. Bundan əvvəl bu vəzifəni Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri icra edirdi.
Sözügedən komissiyaya Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri də əlavə edilib.
Samir Şərifov bundan sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın da sədri olacaq. Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini də bu komissiyanın tərkibinə daxil edilib.
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibinə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri daxil edilib.
“Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri vəzifəsi Anar Axundova həvalə edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamda edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərməlidir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub