USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınıb" - Fransa səfiri

11:27 28.02.2025
"Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınıb" - Fransa səfiri
11:27 28.02.2025

"Əgər siz Qarabağın tanınmasından danışırsınızsa, o zaman "DQ" nə beynəlxalq birlik tərəfindən, nə də Ermənistanın özü tərəfindən dövlət kimi tanınmayıb. Yeri gəlmişkən, Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Alma-Ata bəyannaməsi qəbul ediləndən tanıyıb, çünki Qarabağ Sovet Azərbaycanının bölgəsi olub". Bu barədə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini Ermənistanın "İctimai Radio"suna müsahibəsində bildirib.

“Ona görə də Qarabağın 2022-ci ildə Praqada Azərbaycanın bir hissəsi kimi tanındığını iddia edənlər yalan danışırlar, çünki Alma-Ata bəyannaməsindən sonra Qarabağ Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Yeri gəlmişkən, Praqa yalnız Alma-Ata bəyannaməsinə istinad edilib. Bu gün isə əsas məsələ sülhə necə nail olmaqdır, həm də ədalətli, sabit, davamlı sülh. O sülh ki, Ermənistan üzərindən asılı olan təhlükələr aradan qalxsın”, - Dekotini bildirib.

Azərbaycanın Qarabağdakı separatçıları “terrorçu qurum” kimi təqdim etməsinə və Bakıda qondarma qurumun hərbi-siyasi rəhbərliyinə qarşı məhkəmə işlərinə toxunan səfir deyib: “Terrorizm çox ciddi məsələdir və biz bu barədə səthi danışmaq olmaz. Avropa Birliyinin üzvü olan Fransanın terrora münasibəti çox aydındır. Avropa İttifaqına üzv dövlətlərin təsdiq etdiyi terror təşkilatlarının siyahısı var və "Dağlıq Qarabağ Respublikası" bu siyahıda yoxdur”.

Eyni zamanda diplomat əlavə edib ki, Azərbaycanın bəyanatlarını şərh etmir: “Fransa və beynəlxalq ictimaiyyət hansı dəstəyi göstərməlidir, Paris Bakıda davam edən məhkəmə prosesinin ləyaqətlə həlli üçün nə etməyə hazırdır”, sualına gəldikdə, bilirsiniz, Fransa məhz sizin qeyd etdiyiniz səbəblərə görə Bakının qəzəbinə tuş gəlib. Fransa Ermənistanı dəstəkləyir və Azərbaycan buna çox kəskin reaksiya verir. Amma bir sıra ölkələr var ki, onların Azərbaycanla kifayət qədər sıx siyasi, hərbi və iqtisadi əlaqələri var və məncə, faydalı ola bilər”.


Xəbər lenti