“Naxçıvana təbii qaz ixracına başlayırıq”.
Mynews.az xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Moskvada “A Haber”in jurnalistinə açıqlamasında deyib.
“Bizim ixrac nöqtələrimiz var. Onlardan biri Bolqarıstan, digəri Yunanıstandır. İndi bunlara yenisi əlavə olunur. İğdır-Naxçıvan kəmərinin tikintisi başa çatıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçiriləcək”, – deyə o bildirib.
Nazir qeyd edib ki, sözügedən qaz boru kəməri gələn həftə istifadəyə veriləcək:
“Naxçıvanın qaza olan tələbatı artıq Türkiyə vasitəsilə ödəniləcək”.
Qeyd edək ki, İğdır-Naxçıvan Qaz Boru Xətti, iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən üçüncü qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum və TANAP-dan sonra) layihəsidir. İğdırdan Sədərək rayonuna qədər boru kəmərinin uzunluğu təxminən 100 km təşkil edir. Azərbaycan hissəsinin uzunluğu 17 km, Türkiyə hissəsinin uzunluğu isə 80 km-dən çoxdur. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir. Kəmərin Azərbaycan hissəsinin tikintisi 2023-cü ilin iyul ayında başlanıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub