Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya hakimiyyəti və ABŞ-ın Respublika administrasiyası ikitərəfli münasibətləri bərpa etməyə yeni başlayır və bu yol uzun olacaq. Kreml sözçünün sözlərinə görə, prezidentlər Vladimir Putin və Donald Tramp artıq “bu istiqamətdə siyasi iradə ifadə ediblər”.
“Biz ikitərəfli münasibətlərimizin bərpası yolunun ilkin mərhələsindəyik. Qarşıdakı yol kifayət qədər uzun və çətin olacaq”, - Dmitri Peskov brifinqdə deyib. Onun sözlərinə görə, Donald Tramp “dialoq aparmaq, problemləri həll etmək üçün kifayət qədər konstruktivdir”.
Fevralın 18-də ABŞ və Rusiya nümayəndə heyətlərinin 2022-ci ilin fevralından bəri ilk görüşü Ər-Riyadda baş tutub və burada ölkələr arasında münasibətlərin yaxşılaşdırılması və Rusiya-Ukrayna münaqişəsinin həlli perspektivləri müzakirə edilib. Vladimir Putin bildirib ki, Rusiya nümayəndələri ilə ABŞ-ın yeni administrasiyası arasında ilk təmaslar ümid doğurur və problemləri həll etmək üçün qarşılıqlı istək var.
Martın 9-da Donald Tramp bildirib ki, onun administrasiyası Rusiyaya münasibətini dəyişməyəcək və ikitərəfli münasibətlərdə “sərt” mövqe tutmağa davam edəcək. Eyni zamanda o, Vladimir Putinlə yaxşı münasibətdə olduğunu qeyd edib. Rusiya-Ukrayna münaqişəsinin həllindən danışan Amerika prezidenti deyib ki, Rusiya ilə məşğul olmaq “daha asan”dır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub