Rəsmi Bakı beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə dəstək verməyə və Ermənistanı beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb etməyə çağırır.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın azad edilmiş ərazilərində minaların yaratdığı ciddi təhlükəyə nəzər salmaq vacibdir:
"Ermənistanın onilliklər boyu davam edən işğalı nəticəsində 2020-ci ildən bəri 388 Azərbaycan vətəndaşı mina qurbanı olub. Azad edilmiş əraziləri çirkləndirən minalar mülki şəxslərin həyatını təhlükə altında saxlamaqda davam edir, keçmiş məcburi köçkünlərin geri qayıtmasına maneə törədir və yenidənqurma işlərini əngəlləyir".
Məlumatda vurğulanıb ki, mina fəaliyyəti gözləyə bilməz:
"Azərbaycan öz xalqı üçün minalardan azad, təhlükəsiz və firavan gələcəyi təmin etmək üçün öhdəliyinə sadiq qalır və qətiyyətlidir".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub