İran və ABŞ yüksək səviyyəli dolayı danışıqlar üçün 12 aprel şənbə günü Omanda görüşəcək. İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların aprelin 12-də aparılacağını, lakin Ağ Ev rəhbəri Donald Trampın iddia etdiyi kimi birbaşa olmayacağını təsdiqləyib. O, bu barədə çərşənbə axşamı, aprelin 8-də X sosial şəbəkəsində məlumat verib.
"İran və ABŞ yüksək səviyyəli dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcək", - deyə Əraqçi yazıb.
İranın xarici işlər naziri həmçinin əlavə edib ki, bu danışıqlar “həm fürsət, həm də sınaq kimi” görülməlidir.
"Top Amerikanın meydanındadır", - iranlı nazir əlavə edib.
Xatırladaq ki, Tramp aprelin 12-də İranın nüvə proqramı ilə bağlı "çox böyük görüşün" keçiriləcəyini bildirmişdi. Onun sözlərinə görə, ABŞ İranla birbaşa danışıqlara nail olub.
ABŞ prezidenti daha əvvəl bəyan etmişdi ki, “İranla rəftar etməyin iki yolu var: ya hərbi yolla, ya da sən razılıq əldə et”. İranın ali dini lideri Ayətullah Əli Xamenei “təcavüzkar hökumətlərlə” danışıqlara getməyəcəyini bildirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub