Prezident Vladimir Zelenski bəyan edib ki, bu il 5 milyard avroya ehtiyac var və bu vəsait ən azı 2 milyon mərmi alınmasına xərclənməlidir. Avropa İttifaqının diplomatiya rəhbəri Kaja Kallas bildirib ki, Ukraynaya 5 milyard avroya 2 milyon artilleriya mərmisinin verilməsini nəzərdə tutan Aİ-nin sursat təşəbbüsünün üçdə ikisi artıq təmin edilib. O, bu barədə bazar ertəsi, aprelin 14-də Aİ-nin Xarici Əlaqələr Şurasına gələrkən bildirib.
Bu il Avropa İttifaqı ölkələri artıq 23 milyard avro dəyərində müdafiə öhdəlikləri götürüblər ki, bu da ötən ilki həcmlərdən çoxdur. Bununla belə, Kallasın fikrincə, sülhə nail olmaq üçün təkcə Ukraynaya yardımı deyil, həm də Kremlə təzyiqləri artırmaq lazımdır.
Kallas vurğulayıb ki, hər iki tərəfin siyasi iradəsi olmadan müharibə bitməyəcək. Bununla belə, Ukraynadan fərqli olaraq, Rusiya döyüşmək istəyini nümayiş etdirməkdə davam edir, ona görə də beynəlxalq ictimaiyyət daha qətiyyətli hərəkət etməlidir.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bu il 5 milyard avroya ehtiyac olduğunu və bu vəsaitin ən azı 2 milyon mərmi alınmasına sərf edilməli olduğunu bildirmişdi.
Martın əvvəlində məlum oldu ki, Avropa İttifaqı səlahiyyətliləri Ukrayna üçün sursat üçün "real" 5 milyard avroluq plan üzərində işləyirlər.
Eyni zamanda, təşəbbüsü dərhal razılaşdırmaq mümkün olmadı. Mənbələr bildiriblər ki, İtaliya və Fransa təşəbbüsün hələ də işə ehtiyacı olduğuna inanaraq buna qarşı çıxıblar.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub