Bir qrup "Qarabağ ermənisi" Ermənistan Baş Prokurorluğunun binası yanında etiraz aksiyası keçirib. Bir müddət Qarabağda yaşamış jurnalist Tatevik Xaçatryan erməni cəmiyyətində qarabağlılara qarşı dözümsüzlük məsələsini qaldırıb. Xaçatryan qeyd edib ki, bu gün Qarabağdan gələn sakinlər mənfi nəticələrlə dolu nifrət ritorikası ilə üzləşiblər.
Onun sözlərinə görə, çoxsaylı bəyanatlara və nifrət təbliğatı əsasında başlanmış cinayət işlərinə baxmayaraq, Ermənistan Baş Prokurorluğu buna heç bir reaksiya verməyib. İndiyədək heç kim cəzalandırılmayıb. Nəzarət qurumu "Qarabağ erməniləri"nə qarşı nifrətin yayılmasının qarşısını almaq üçün heç nə etmir və cəzasızlıq nifrət dalğasını daha da gücləndirir, - Xaçatryan qeyd edib.
O, üzərində köçkünlərin ünvanına təhqirlər yazılmış vərəqələr olan şarları simvolik olaraq havaya uçurub və bununla da bu sözlərin əhəmiyyətsizliyini göstərib.
Bundan əvvəl Qarabağdan köçən ermənilər Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya keçiriblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub