Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 14-də diplomatik səlahiyyətlərinin icrasına başlamaq üçün Bakıya gəlib.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən Mynews.az-a bildirilib ki, Lu Meyi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Çin səfirliyinin əməkdaşları və yüksək vəzifəli diplomatları qarşılayıblar.
Qarşılanma mərasimində səfir qeyd edib ki, Çin və Azərbaycan təkcə səmimi və etibarlı dostlar deyil, həm də bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır.
L.Mey vurğulayıb ki, iki ölkə liderinin rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Çini Azərbaycanda təmsil etmək onun üçün böyük şərəfdir.
Səfir dövlət başçıları arasında əldə edilmiş mühüm razılaşmalara riayət etməyə və praqmatik əməkdaşlığın inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də Çin-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə qaldırılması məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Çinin Azərbaycandakı səfiri vəzifəsini Qo Min tutub.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub