Eks-prezident bir sıra məişət sosial problemlərinə toxunub, mənfi dəyişikliklərin sürətlə baş verdiyini qeyd edib.
ABŞ prezidenti Donald Trampın vəzifədə olduğu ilk 100 gün ölkəyə ziyan və dağıntılar gətirib. CNN xəbər verir ki, bunu ABŞ-ın keçmiş lideri Co Bayden çərşənbə axşamı, aprelin 15-də Əlillərin Vəkilləri, Məsləhətçiləri və Nümayəndələrinin Konfransında çıxışı zamanı bildirib.
"100 gündən az müddətdə bu yeni administrasiya o qədər çox zərər və çoxlu dağıntılar törətdi! Bunun nə qədər tez baş verməsi nəfəs kəsicidir" deyə o, Əlillərin Vəkilləri, Məsləhətçiləri və Nümayəndələrinin Konfransında (ACRD) bildirib.
Sabiq prezident federal işçilərin sayının azaldılmasına da işarə edərək, bunu Sosial Təminat Administrasiyasının internet saytının çökməsi və insanların öz hesablarına daxil ola bilməməsinin səbəbi kimi göstərib.
O, həmçinin bir çox demokratların proqrama təklif edilən ixtisarlara qarşı ümummilli etirazlar keçirdiyi bir vaxtda Sosial Təminatın qorunmasının vacibliyini vurğuladı.
Qeyd edək ki, bu, Baydenin yanvar ayında prezidentlik müddətini başa vurduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı olub.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin səlahiyyətlərinin son günündə verdiyi əfv fərmanının etibarsız olduğunu bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub