Türkiyə məhkəməsi aprelin 30-da İstanbul bələdiyyəsinin 18 əməkdaşını korrupsiya ittihamı ilə həbs edib. Həbslər müxalifətə və istintaq altında olan İstanbul meri Əkrəm İmamoğluna artan təzyiqlər fonunda baş verib. Bu barədə çərşənbə günü, aprelin 30-da Reuters agentliyi məlumat yayıb.
İmamoğlu mart ayında korrupsiya ittihamı ilə həbs edilib. O, həmçinin terror təşkilatına yardım etməkdə ittiham olunur. Siyasətçi bütün ittihamları rədd edir. Onun həbsi ölkədə son on ildə ən böyük etirazlara, iqtisadi gərginliyə və ədliyyə sisteminin siyasiləşdirilməsinin tənqidinə səbəb olub. Türkiyə hökuməti iddiaları rədd edir və məhkəmə sisteminin müstəqil fəaliyyət göstərməsində israr edir.
NTV-nin məlumatına görə, ötən həftəsonu bu istintaq çərçivəsində saxlanılan 52 nəfərdən 34-ü artıq məhkəmə məhdudiyyəti ilə azadlığa buraxılıb.
Türkiyə mediası əvvəllər rəsmilərin İmamoğlu ilə bağlı işlərdə İstanbul bələdiyyəsinin onlarla əməkdaşını həbs etdiyini bildirib. Saxlanılanlar arasında bələdiyyənin baş katibi, aparat rəhbəri, şəhərin Su Kanalizasiya İdarəsinin (İSKİ) rəhbəri və rəis müavini, İSKİ idarəsinin rəislərindən biri də var.
Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri aksiyaların təşkilatçıları və iştirakçılarını toplaşma və nümayiş hüququndan sui-istifadə etməkdə, ictimai asayişi pozmağa cəhddə ittiham edib.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub