Baş prokuror Kamran Əliyev Prezidentə təşəkkür edib.
Mynews.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında yenidən Baş prokuror seçilən Kamran Əliyev çıxışı zamanı deyib:
"Mənə yenidən etimad göstərərək mühüm dövlət postuna təyinatımla bağlı ali qanunverici orqana təqdimatla müraciət etdiyinə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının əməkdaşları adından təşəkkürümü bildirirəm".
Kamran Əliyev namizədliyini dəstəklədiyi üçün Milli Məclisə də təşəkkür edib:
“Respublikamızın bugünkü uğurlarının əsasını Ümumilli Heydər Əliyevin uzaqgörən siyasəti təşkil etməkdədir. Məhz onun yaratdığı strategiyanın Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində 30 ildən çox müddətdə işğal altında olan ərazilər azad edildi, bütün ərazilərdə suverenliyimiz bərpa edildi. Azad edilmiş ərazilərdə uğurlu bərpa işlərinə başlanıb, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıdıb. Prokurorluq orqanlarında yeni prokurorluqlar –Kəlbəcər, Ağdam, Xankəndi şəhər prokurorları təsis edilib. Siyasi iradədən qaynaqlanan, hazırda davam etdirilən islahatlar Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifələr qoyur. Bunlardan birincisi dövlətçiliyin daxili və xarici təhdidlərdən mühafizəsidir”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub