ABŞ prezidenti Donald Tramp ikinci səlahiyyət müddəti başlayandan bəri ilk dəfə Ukraynaya azı 50 milyon dollar dəyərində silah satmağa razılaşıb. Bu barədə Ukraynanın ingilisdilli “Kyiv Post” qəzeti diplomatik dairələrdəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiyası aprelin 30-da Konqresə məlumat verib ki, o, Ukraynaya hərbi malların birbaşa kommersiya satışları yolu ilə 50 milyon dollar və ya daha çox qiymətə ixracını təsdiqləmək niyyətindədir. Hesabat Silah İxracına Nəzarət Qanununa əsasən təqdim edilib.
Satışa hərbi mallar, o cümlədən texniki məlumatlar və bəzi xidmətlər daxildir ki, bu da Trampın Ağ Evə qayıtdıqdan sonra ilk belə addımını qeyd edir.
2015-ci ildən 2023-cü ilə qədər olan dövr ərzində ABŞ, heç bir böyük açıqlama vermədən, beləliklə, Ukraynaya 1,6 milyard dollar dəyərində mal və xidmətlərin ixracına icazə verdi.
“Birbaşa kommersiya satışı mexanizmi ilə bağlı bütün qərarlar “sakitdir” – onlar ictimaiyyətə açıqlanmır... Xəbər ondan ibarətdir ki, silah satışı davam edir, baxmayaraq ki, indiyə qədər hər şey Trampın Ukraynanı tədarükdən tamamilə kəsməsinə işarə edirdi”, – “Toçnıy” tədqiqat qrupunun nümayəndəsi Kolbi Budvort nəşrə verdiyi şərhdə bildirib.
Məlum olduğu kimi, mayın 1-nə keçən gecə Ukrayna ilə ABŞ arasında İnvestisiyaların Bərpası Fondunun yaradılması və kritik faydalı qazıntılar sahəsində tərəfdaşlıq haqqında strateji saziş imzalanıb.
Bundan əlavə, ABŞ vurğulayıb ki, saziş “Rusiya rəhbərliyinə Tramp administrasiyasının uzun müddət çiçəklənəcək azad, suveren Ukraynaya əsaslanan sülh prosesinə sadiq olduğunu göstərir”.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub