Su obyektlərinin istifadəsi və mühafizəsi, meliorasiya və irriqasiya sahəsində Naxçıvan Respublikası icra hakimiyyəti orqanlarının bütün səlahiyyətləri ləğv edilir.
Mynews.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Məlumat üçün bildirək ki, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində su təchizatı sahəsində idarəetmə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və onun tabeliyində olan publik hüquqi şəxslərə ötürülüb.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub