“Bizim Azərbaycan ilə hüququmuz digər ölkələr arasındakı münasibətlərdən fərqlidir”.
Mynews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən yerli jurnalislərə açıqlamasında deyib.
Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanla sadəcə dostluq deyil, qardaşlıq bağlı ilə bir-birinə bağlıdır:
“İki dövlət, bir millət” devizi sözdə deyilmiş bir kəlam deyil. Dərin mənaları var. Bunu tarixboyu dəfələrlə sübut etmişik. Dolaysıyla bu bölgədəki hadisələrə kənardan baxa bilmərik. Cənubi Qafqazda sülh hər kəsə qazandırar. Azərbaycan ilə Ermənistan arasındakı sülh danışıqları da diplomatik çərçivəni tamamlayıb”.
Zəngəzur dəhlizindən də söz açan Türkiyə lideri bildirib ki, Ermənistan başlanğıcda Zəngəzur dəhlizinə qarşı çıxsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir:
“Bu bölgənin inkişafı sadəcə, Azərbaycan üçün deyil, bizim üçün də, İran və digər ölkələr üçün də bir fürsətdir”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub