Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskva səfərində Gümrüdəki 102-ci rus bazasının genişləndirilməsi, regional bazaya çevrilməsi məsələsində razılıq əldə olundu. İndiyə qədər bu baza Ermənistanın təhlükəsizliyinin zamini rolunda çıxış edirdi. 2010-cu ildə Rusiya və Ermənistan arasında bağlanmış müqavilədə də bazanın məqsədi aydın şəkildə qeyd olunur. Nə baş verdi ki, Rusiya bazanın genişləndirilməsi qərarına gəldi? Moskvanın hədəfində nə var?
Publika.az xəbər verir ki, Rusiyanın Şərqşünaslıq İnstitutunun Qafqaz və Mərkəzi Asiya üzrə işçi qrupunu rəhbəri, politoloq Aleksandr Skakov bazanın genişləndirilməsi məsələsini şərh edib.
Onun fikrincə, Gümrüdəki rus bazası Qarabağa doğru genişlənir.
Skakov hesab edir ki, Rusiyanın 102-ci hərbi bazanın genişləndirilməsi qərarı Dağlıq Qarabağı da öz təhlükəsizlik çətirinin altına almaq məqsədinə xidmət edir.
“Qafqazda maraqları olan Rusiya regionda sabitliyi arzulayır. Lakin təmas xəttindəki gərginliklər sabitliyin təhlükə altında olduğunu göstərir. Buna görə də Moskva Ermənistandakı hərbi bazanın Qarabağdakı vəziyyəti də nəzarət altına almasını istəyir. Hədəfdə “aprel müharibəsi”nin təkrarlanmasının qarşısını almaqdır”, - deyə o bildirib.
Skakova görə, Rusiya Qarabağı 102-ci hərbi bazanın məsuliyyət zonasına daxil etməklə Azərbaycanın əraziləri hərbi yolla azad etmək planlarının qarşısı almaq istəyir: “Rusiya təmas xəttidə gərgin vəziyyətə görə çətin vəziyyətdədir. O, bir tərəfdən regionda öz təsirini saxlamağa çalışır, digər tərəfdən Azərbaycanın qarşısını almaq və münaqişə tərəflərinin mövqelərini yaxınlaşdırmağa cəhd edir”.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub