2025-ci ilin avqustu Ermənistan Respublikası üçün yeni dinc və firavan həyatın başlanğıcı oldu.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün teleqram kanalında bildirib.
"Sülh bərqərar olub və bu, bizim gündəlik qayğımız olmalı, həmçinin institusional əsas əldə etməlidir. 2025-ci ilin avqustu Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıc nöqtəsi oldu. Bu hadisə münasibətilə hamını təbrik edirəm”, - Baş nazir vurğulayıb.
Paşinyan həmçinin bəyan edib ki, 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsi qəbul edildiyi zaman ölkədə fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv hisslərini ifadə edib.
"Bu, Bəyannamənin əsas ideoloji müddəalarının ziddiyyətli olması və Sovet İttifaqının 1950-ci illərdən tədricən, lakin ardıcıl olaraq bizə aşıladığı kollektiv vətənpərvərlik modelini ifadə etdiyi üçün baş verdi”, - Paşinyan yazır.
Onun fikrincə, bu şəkildə formalaşan sosial psixologiya müstəqil Ermənistan dövlətinin mövcudluğunu mümkünsüz etməyə yönəlmişdi.
"Biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir”, - o bildirib.
Siyasətçi Ermənistan və Azərbaycan arasında sülhün və Türkiyə ilə dialoqun mümkün olduğu hazırkı hökumət strategiyasını ən düzgün adlandırıb.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub