USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Qaçılmaz və MƏHVEDİCİ SONLUQ, Ermənistan 20 il SONRA… GÜNÜN SİYASİ XÜLASƏSİ

20:13 27.03.2017
Qaçılmaz və MƏHVEDİCİ SONLUQ, Ermənistan 20 il SONRA… GÜNÜN SİYASİ XÜLASƏSİ
20:13 27.03.2017

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatına cavab verib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər. Belarus və Rusiyada bir-birinin ardınca keçirilən aksiyalar gündəmin əsas mövzularındandır. ABŞ-ın İraq və Suriyada yaratmağı planlaşdırdığı “böyük kürd dövləti”nin xəritəsi yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın “İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib.

Bildirilir ki, bəyanat öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır: “Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir.

Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər iki ölkə prezidentinin görüşü üçün uyğun şəraitin yaradılması məqsədi ilə müəyyən işlər aparılır: “İki ölkənin xarici işlər nazirləri prezidentlərin görüşünün təşkili üçün yaxın gələcəkdə, yəni bir aydan daha tez müddətdə Moskvada görüşəcəklər”

“Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlarda bir neçə ağıllı plan var və tərəflər bu planlar ətrafında danışıqlar aparmalı, həll yolunu tapmalıdır”. Bu sözləri də İrəvanda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, masadakı planların son planlar olmaması mümkündür. Amerikalı həmsədr “Lavrov planı”nın mövcudluğu ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, həmsədrlər belə terminlərdən istifadə etmir.

“Plan var: bu üç hissədən ibarətdir, lakin indi detallardan danışmaq yersizdir. Tərəflər bu planın üzərində işləyir”, - deyə o vurğulayıb.

Ermənistan prezidenti Serj Sarkisyanın martın 14-də Moskva səfərində Gümrüdəki 102-ci rus bazasının genişləndirilməsi, regional bazaya çevrilməsi məsələsində razılıq əldə olundu. İndiyə qədər bu baza Ermənistanın təhlükəsizliyinin zamini rolunda çıxış edirdi. 2010-cu ildə Rusiya və Ermənistan arasında bağlanmış müqavilədə də bazanın məqsədi aydın şəkildə qeyd olunur. Nə baş verdi ki, Rusiya bazanın genişləndirilməsi qərarına gəldi? Moskvanın hədəfində nə var?

Rusiyanın Şərqşünaslıq İnstitutunun Qafqaz və Mərkəzi Asiya üzrə işçi qrupunun rəhbəri, politoloq Aleksandr Skakov bazanın genişləndirilməsi məsələsini şərh edib. Onun fikrincə, Gümrüdəki rus bazası Qarabağa doğru genişlənir.

Putin Ermənistandakı rus ordusunu Qarabağa YERİDİR: Bakıya qarşı TƏHLÜKƏLİ PLAN

Putindən təhlükəli addım.

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın ölkəsinin İctimai televiziyasına verdiyi müsahibəsinin mətni yayımlanıb.

Petrosyanın müsahibəsində ən diqqətçəkən məqam Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləridir.
Onun sözlərinə görə, münaqişənin nizama salınmasının “paket həlli” rədd edilir.

Ter-Petrosyan Qarabağ danışıqlarının SİRRİNİ AÇDI: “Razılıq var və ərazilər..."

"Ermənistan və Azərbaycan rəhbərliyi 10 il ərzində bu planı müzakirə edirlər”.

Ermənistanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmüş məşhur erməni mikrocərrahı Artavazd Saakyan doğulduğu Tavuş rayonunun Koxb kəndində seçicilərlə görüşü zamanı ölkədəki situasiyanın acınacaqlı olduğunu deyib.

“Ürək ağrısı ilə sizə bir şeyi demək istərdim. Bu yaxınlarda olduqca istedadlı bir yəhudi mənə 20 il sonra Ermənistanın mövcud olmayacağını söylədi”, - Saakyan bildirib.

Artavazd Saakyan Ermənistanda bir çox problemin müharibə ilə əlaqələndirildiyini, lakin bunun doğru olmadığını söyləyib.

”Ona qalsa İsrail də müharibə edir. Ermənistandan da az əraziyə malikdir. Lakin orada 8,5 milyon əhali yaşayır. Büdcəsi isə 85 milyard dollardan çoxdur. Çünki dövlət kimi dövlətdir. Heç bir İsrail məmuru erməni kimi öz xalqını cəzasız şəkildə soymur”, - həkim-namizəd sözlərini yekunlaşdırıb.

Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkədə təxribat hazırlayan şəxslərin fəaliyyətinin Amerika və alman fondları tərəfindən maliyyələşdirilməsini açıqlaması (martın 24-də – red.), ardınca, martın 25-nə təyin edilmiş mitinqdə zorakılığın tətbiq edilməsi gündəmin əsas mövzularındandır.

Bəzilərinin fikrincə, Lukaşenkonun açıqlaması mitinq öncəsi əhalini qorxutmaq və etiraz aksiyasına güc tətbiqi etmək hüququnu qazanmaq gedişidir. Müxalifətdə olan Belarus Milli Konqresinin lideri Nikolay Statkeviç hökumətin dəyişdirilməsi ilə nəticələnəcək mitinqlərin baş verəcəyi haqda xəbərdarlıq edir. Qeyd edir ki, ehtiyac olduğu halda etirazçılar paytaxt Minskin küçələrini tərk etməyəcək və Kiyevdəki Maydan Belarusda da təkrarlanacaq.

Statkeviçin silahdaşı, “Avropa Belarusu” vətəndaş hərəkatının koordinatoru Dmitri Bondarenko bildirib ki, həyacanlı vəziyyətdə Lukaşenkonun postundan salınacağına əmindir.

Rəsmi Minsk isə açıq şəkildə ölkədə qanlı sıyığın hazırlanması və silahlı hücumların olacağını bəyan edir.

Qanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞI

Bunun üçün qanlı sıyığın hazırlanması ssenarisi seçiləcək.

“İrandan aldığımız məlumata görə, üç milyon miqrant Türkiyəyə doğru hərəkət edir”. Bu barədə Türkiyə Baş nazirinin köməkçisi Veysi Kaynak deyib. Onun sözlərinə görə, 3 milyon miqrant Türkiyəyə qalmaq üçün gəlmirlər.

İrandan Türkiyəyə keçmək istəyən miqrantlar Azərbaycan üçün də ciddi problemlərə səbəb ola bilər. Çünki miqrantların keçəcəyi sərhədlər Azərbaycan sərhədlərinə yaxındır.


Türkiyə və İran üz-üzə: Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ QAPIDA

Azərbaycan üçün təhlükəli hərəkət.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ isə açıqlayıb ki, FETÖ terror təşkilatının lideri Fətullah Gülən ABŞ-dan qaçır.

Onun sözlərinə görə, Gülənin qaçmağa hazırlaşdığı haqda Türkiyə kəşfiyyatında ciddi məlumatlar var: “Biz məlumatları ABŞ Ədliyyə Nazirliyinə təqdim etdik. Məlumatlara görə, Gülən Kanadada böyük bir ərazi alıb və oraya köçməyə hazırlaşır”.

Bozdağ əlavə edib ki, Donald Tramp ABŞ-da hakimiyyətə gələndən sonra, Gülən Kanadaya köçmə prosesini sürətləndirib. “Lakin hara gedirsə getsin, Türkiyə onun həbsi üçün əlindən gələni edəcək”, - deyə nazir vurğulayıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu martın 29-da Rusiyaya səfər edəcək. Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Görüşdə ölkəlar arasındakı əlaqələr və bölgədə baş verən hadisələr müzakirə olunacaq.

Çavuşoğlu Antalyada yaşayan ruslarla görüşü zamanı bildirib ki, yaxın zamanlarda Rusiya vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gələ biləcəklər.

Nazir deyib ki, Rusiya vətəndaşlarının Türkiyəyə pasport əvəzinə şəxsiyyət vəsiqəsi ilə də gələ bilməsi üçün hazırlıq işlərinə başlanılıb: “Bunun üçün hava limanlarında şəxsiyyət vəsiqələrini oxuya biləcək cihazlar qurulur”.

Suriyalı müxaliflər Aralıq dənizi sahilində yerləşən Lazkiyə kəndində Rusiyaya aid helikopteri ağır pulemyotla vurublar.Helikopter dağın ətəklərindəki Selma  kəndinin yaxınlığına düşüb.

ABŞ İraq və Suriyada “böyük kürd dövləti”nin yaradılması ilə bağlı YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı - red.) ilə razılığa gəlib. Bu iddia ilə Suriyanın “İnside Syria Media Center” xəbər portalı çıxış edib. Bu iddia Rusiya Müdafiə Nazirliyi tərəfindən təkzib edilib.

Məlumata görə, yeni dövlətin yaradılması ilə bağlı razılaşma Rakka və Tabkanın İŞİD-dən geri alınmasından sonra tətbiq olunacaq. İddiaya görə, Amerika “böyük Kürdüstan dövləti”nin sərhədlərini də müəyyən edib.

Rusiya prezidenti Vladimir Putindən sonra bu ölkəyə hazırda Krımın prokuror vəzifəsində çalışan Natalya Poklonskaya olacaq. Bu sensasiyalı iddia ilə Baxçasarayda rahiblərdən biri çıxış edib.

Gələcəkdən xəbər verdiyi deyilən rahib Natalya Poklonskayanın Rusiya tarixində üçüncü qadın hökmdar olacağını bildirib.

“Natalya Vladimiroviç imperiya ideyası əsasında rus və pravoslav ukraynalıları birləşdirməyi bacaracaq. Bu qadın bizim ümumi vətənimizin üçüncü əla hökmdarı olacaq və Rusiyanı ucaltmış Yelizaveta Pyotr, II Yekaterina səviyyəsinə qədər yüksələcək”, - deyə rahib bildirib.

Moskvanın Tver rayon məhkəməsi Korrupsiya ilə mübarizə Fondunun təsisçisi, Rusiya müxalifətçisi Aleksey Navalnı 15 günlük həbsi barədə qərar çıxarıb.

Müxalifətçi martın 26-da keçirilən aksiya zamanı polisə itaətsizlikdə ittiham olunub. Navalnı daha əvvəl isə icazə verilməmiş mitinqin təşkilinə görə 20 min rubl cərimələnib.

Xatırladaq ki, martın 26-da Aleksey Navalnının çağırışı ilə Moskva və Sankt-Peterburq daxil olmaqla Rusiyanın 97 şəhərində korrupsiyaya qarşı mitinqlər keçirilib. Etiraz aksiyasına səbəb Navalnının Fondunun daşınmaz əmlak və mülkiyyətə dair tədqiqat olub. Aksiyanın təxminən 10 min iştirakçısından 1000-ə yaxını saxlanılıb.

Moskva və Minskdə Maydanın nümunəsi üzrə inqilab mümkündürmü? Bu suala Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində cavab verib.

Belarus və Rusiyada etirazların iki ardıcıl gündə baş verməsinə diqqət çəkən Borovoy hesab edir ki, bu, gələcək dəyişikliklərin ciddi simptomudur.

Rusiyada MİSİR SSENARİSİ? - Putin üçün ŞOK XƏBƏRDARLIQ

Moskva və Minskdə Maydanın nümunəsi üzrə inqilab mümkündürmü?

Moskva ukraynalıları bir-birinə düşmən edib, ölkəni daxildən parçalamaq istəyir. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.

“Rusiya artıq çoxdan anlayıb ki, Ukraynanı boş əllə ələ keçirmək mümkün olmayacaq. Ona görə də onlar ölkəni daxildən yox etmək üçün böyük güc sərf edirlər”, – deyə o bildirib.


Xəbər lenti

300x200r