Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktoru işdən çıxarılıb.
Mynews.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, müvafiq əmrlə meliorator alim, texnika elmləri doktoru, professor Bəhrəm Əliyev Ekologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib.
Digər əmrlə o, Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun direktor müavini təyin edilib.
Qeyd edək ki, 2 sentyabr 1955-ci ildə anadan olan Bəhrəm Əliyev 2019-cu ildən Ekologiya İnstitutunun direktoru vəzifəsini tuturdu. O, 2005-13-cü illərdə kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub