"44 günlük Vətən müharibəsində atəşkəs rejiminin əsas şərtlərindən biri əsirlikdə olan və itkin düşən 4 000 nəfərin azad edilməsi və minalanan ərazilərin xəritələrinin təhvil verilməsi idi”.
Bu fikirləri Mynews.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov bildirib.
O deyib ki, mina xəritələrinin verilməməsinin iki əsas səbəbi var:
"Birincisi, Ermənistan müxalifətinə aid olan keçmiş Robert Köçəryan, Serj Sarkisyan və Ahanyanın iqtidar rejimində olarkən xəritələri verməməsidir. Həmçinin onlar sülhü uzadırdılar və gələcəkdə Azərbaycan torpaqlarına yenidən ərazi iddiaları qaldırmaq istəyirdilər”.
Ekspert vurğulayıb ki, ikinci əsas səbəb isə Ermənistan ordusunda nizam-intizamsızlıq, komandirlər tərəfindən saxlanılan xəritələrin yandırılması olub:
"Bundan əlavə, ermənilər nəinki ərazilərin müdafiəsi üçün mina sahələri yaratmış, həm də dini məbədlərimizə, qəbiristanlıqlarımıza, məscidlərimizə və mülki evlərimizə qarşı mina terroru həyata keçirmişlər. Buna misal kimi "Kəşfiyyatçı Xanı” kimi tanınan Səyyaf Əhmədovun mina sahəsindən keçərkən həyatını itirməsini göstərə bilərik”.
E.Hüseynov qeyd edib ki, mina sahələrinin ən problemli cəhətlərindən biri də xəritələrdə qeyd olunmayan sürpriz minaların olmasıdır:
"Bu minalar tapıldıqda siqnal vasitəsilə yeri müəyyən edilir. Lakin zəlzələsizləşdirmə zamanı minanın altında bir və ya bir neçə sürpriz mina yerləşdiyi üçün partlayışlar baş verə bilir. Ona görə də minanın zərərsizləşdirilməsi mümkün olmur”.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub