Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Qarabağda əldə etmiş qalibiyyət və dövlət rəhbərinin apardığı siyasətə münasibət bildirib.
Mynews.az xəbər verir ki, Ramiz Mehdiyev Manset.az-ın suallarını cavablandırarkən jurnalistin ona "Cənab Prezident böyük uğurlar əldə etdi və bütün Qarabağ işğaldan azad edildi" sualına "Onunla bağlı mənə sual verməyin" deyə bildirib. Daha sonra jurnalistin növbəti dəfə təkidlə "Yəqin ki, bunu böyük uğur kimi qiymətləndirirsiniz?" sualına isə "Yenə də deyirəm, o barədə sual verməyin" deyərək cavab verib.
İndiki vəziyyətdə Mehdiyevin bu cavabları onu göstərir ki, Azərbaycanın və dövlət rəhbərinin apardığı siyasətə qarşı olub, əldə edilmiş uğurlar, nailiyyətlər və bütün dünyanın qəbul etdiyi möhtəşəm Qarabağ zəfəri onu narahat edib.
Qarabağ zəfəri ilə bağlı sualı cavablandırmayan "boz kardinal"a bu zəfər uğrunda şəhid olan 3 mindən çox igidin və qazilərin haqqı halal olmayacaq.
Həmin səs yazısını təqdim edirik:
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub