Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev yaxın günlərdə vəzifəsindən azad edilə bilər.
Mynews.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlar gedir.
Hətta müvafiq təqdimatın artıq tamamlandığı bildirilir. Sənəd ölkə başçısına təqdim edildikdən sonra Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən çıxarılacaq.
Qeyd edək ki, nazir müavini vəzifəsinə təyinat və azadedilmə qərarları Prezident tərəfindən imzalanan sərəncamla həyata keçirilir.
Oktyabrın 14-də Ramiz Mehdiyevlə bağlı başlanan cinayət işindən dərhal sonra Teymur Mehdiyevin də işdən çıxarılıb-çıxarılmayacağı barədə sosial şəbəkələrdə, o cümlədən media orqanlarında müzakirələr gedir.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub